Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Cahangir Hacıyev əfv üçün müraciət etdi
Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev əfv olunması üçün ərizə yazıb.
Oxu.Az xəbər verir ki, “Yeni Müsavat”ın yaydığı məlumata görə, sabiq bankir səhhəti ilə əlaqədar əfv edilməsini istəyir.
C.Hacıyevin vəkili Aqil Layıcov isə bildirib ki, müvəkkilinin əfv olunması üçün ərizə yazması haqda məlumatı yoxdur:
“Türkiyədəyəm, sonuncu dəfə həftənin 1-ci günü Bakı İstintaq Təcridxanasında görüşmüşük. Səhhəti əvvəl olduğu kimidir. Əfv məsələsi onun şəxsi işidir, mənim bu haqda məlumatım yoxdur. Əfvlə bağlı aramızda müzakirə olmayıb”.
A.Layıcov müvəkkilinin hazırkı mərhələdə əfv oluna biləcəyini də istisna etmədi: “Şəxsin əfv olunması məhkəmənin istənilən mərhələsində ola bilər. Qanun bunu qadağan etmir”.
E.Ə.
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər
- Paşinyan: "Biz Azərbaycanla münasibətlərin normallaşması üçün konstruktiv həllər təklif etmişik"
- Ermənistanın ədliyyə naziri: "Yeni konstitusiyanın mətni 2026-cı il seçkisinə qədər hazır olmalıdır"
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
Rəylər