Cəlilabadda ağır yol qəzası baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 148 km-də, Cəlilabad rayonunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Astara istiqamətində olan BMW markalı minik avtomobili qarşı istiqamətdə hərəkət edən VAZ-2107 markalı minik avtomobili ilə toqquşub. Daha sonra zərbənin təsirindən VAZ-2107 markalı maşın əks istiqamətdən gələn “Atika” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində 3 nəfər, Cəlilabad rayonunun Maşlıq kənd sakinləri - Adıgözəlov Tural İntiqam oğlu, Quliyev Mürsəl Alim oğlu və İsmayılzadə Qorxmaz Rahim oğlu hadisə yerində ölüb. Həmçinin həmin kənd sakinləri - 1997-ci il təvəllüdlü Vəlizadə Kamran İbadulla oğlu, 1958-ci il təvəllüdlü Şahbazov Hacıbala Balabəy oğlu, 1994-ci il təvəllüdlü Eyvazov Cahid Təbiət oğlu və Cəlilabad şəhər sakini, 1982-ci il təvəllüdlü İsmayılov Balasər Həsən oğlu isə xəstəxanaya yerləşdirilib. Ölən şəxslərin VAZ-2107-də olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.