Bakı şəhər sakininin avtomobilində silah-sursat aşkar olunub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həsən Həsənova məxsus “Chevrolet” markalı avtomobilə baxış zamanı nömrəsi silinmiş “Makarov” markalı tapança, “F-1” qumbarası və xəncər aşkar edilərək götürülüb.