Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Çindən "avtomobil idxalçısıyam" deyib vətəndaşlara 300 min manat zərər vuran şəxs HƏBS OLUNDU
Bakıda özünü iş adamı və Asiya ölkələrindən, eləcə də Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edib dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs olunub.
Oxu.Az-ın məlumatına görə, tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 34 yaşlı Azər Şirvanzadə Xətai Rayon Polis İdarəsində barəsində başlanan cinayət işi üzrə məsuliyyətə cəlb edilib.
A.Şirvanzadənin özünü müxtəlif şirkətlərin direktoru kimi təqdim etməklə icarəyə götürdüyü avtomobilləri lizinq yolu ilə satması və xaricdən avtomobil gətirmək vədi ilə 19 vətəndaşın 300 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edilib.
Onun digər dələduzluq əməlləri istisna edilmir, barəsində həbs qətimkan tədbiri seçilməklə istintaq hərəkətləri davam etdirilir.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsinə çağırıldı
- 200 min karatlıq qaçaqmalçılıq: Erməni deputatın iştirakı ilə oğurluq sxemi ifşa edildi
- Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ - Dələduzluq halları artır
- Baş həkimə qarşı 95 minlik dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxıldı
- Onlayn kredit götürmək istədi, qarşı tərəfin dələduzluğunun qurbanı oldu