Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısı çərçivəsində bankın Müdirlər Şurasının açılış sessiyasında iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:
"Tədbirdə qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizliklə bağlı qabaqcıl təcrübələr qeyd edildi".
Avropa Yenidənqurma və İnkişaf Bankının (@EBRD) İllik Toplantısı çərçivəsində AYİB-in Müdirlər Şurasının açılış sessiyasında iştirak etdik. Tədbirdə qlobal çağırışlar şəraitində #iqtisadi resursların effektiv istifadəsi, #iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun… pic.twitter.com/u52NiUWJET
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 15, 2025