Hadisə İmişli rayonunun Qaralar kəndində olub
Avqustun 8-də İmişli rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Qaralar kənd sakini, 42 yaşlı Etibar Məmmədovun amansızlıqla qətlə yetirdiyi anası Gövhər Məmmədovanın 85 yaşı varmış. E.Məmmədov həmin gün sərxoş vəziyyətdə evə gəlib və anası, eləcə də kiçik qardaşının həyat yoldaşı, 24 yaşlı Tünzalə ilə mübahisə edib. Ailə-məişət zəminində başlamış mübahisə zamanı sərxoş vəziyyətdə olan 42 yaşlı kişi bıçağa əl atıb. O, 85 yaşlı anasına 5 bıçaq zərbəsi vurub. Zərbələrdən 3-ü daxilə nüfuz edib və qadının ölümünə səbəb olub. 24 yaşlı gəlinə isə qayını 9 bıçaq zərbəsi vurub. Lakin zərbəlrdən heç biri öldürücü olmayıb.
Bildirilir ki, E.məmmədov artıq tutulub. O, daha əvvəl də cinayət törətdiyinə görə məhkum edilibmiş.
09.08.2014 14:10
İmişli rayonundan qətl törədilib.
Oxu.Az xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə avqustun 8-də İmişli rayonunun Qaralar kəndində qeydə alınıb. Əvvəllər məhkum olunmuş Etibar Məmmədov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində anası Gövhərə və qardaşı arvadı Tünzaləyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Nəticədə anası hadisə yerində dünyasını dəyişib, Tünzalə xəstəxanaya yerləşdirilib.
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Məmmədov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.