Bakı şəhər sakininin qadınları Rusiya Federasiyasına aparıb cinsi istismara məruz qoyması müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kəmalə Məmmədzadə və Turan Ələkbərov saxlanılıblar.
Onlar gəlir əldə etmək məqsədi ilə Bakı şəhərində yaşadıqları mənzillərdə əxlaqsızlıq yuvaları təşkil ediblər.
Bundan əlavə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Esmira Mayılova da tutulub. E.Mayılovanın qadınları Rusiya Federasiyasına aparıb cinsi istismara məruz qoyması müəyyən edilib.
Qeyd edək ki, artıq bir neçə gündür Daxili İşlər Nazirliyinin əməkdaşları qadınları cinsi istismara məruz qoyan şəxslərlə mübarizəni daha da gücləndirib.