Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova kaprizlərindən danışıb.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, Aysun anasının tanınmış olmasından bəzi hallarda istifadə etdiyini bildirib:
“Kaprizliyəm, ailəm buna öyrəşib. Bu isə Rəqsanə xanımın qızı olmağımdan irəli gəlir. Bəzən onun adından istifadə edirəm. Polis avtomobilimi saxlayanda, anamın adını verirəm və buraxırlar”.