Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib.
Yavər Əliyev küçəsində yerləşən hündür mərtəbəli yaşayış binasında yanğının qarşısı tamamilə alınıb. Yanğın binanın 16-cı mərtəbəsində yerləşən mənzildə elektrik naqillərində baş verən qısaqapanmadan yaranıb.
Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.
15:10
Sabunçu rayonu, Yavər Əliyev küçəsindəki “Uğur-2” yaşayış kompleksində güclü yanğın başlayıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdikləri məlumata görə, kompleksin 3-cü binasında 18-ci mərtəbədə yerləşən mənzildə güclü yanğın başlayıb.
Əraziyə bir neçə yanğınsöndürən maşın gəlib.
Binanın sakinləri həyəcan içərisində evlərini tərk ediblər.