Neçə gündür şəhərimizin qonağı olan türkiyəli müğənni Tuğba Ekinci azərbaycanlı həyat yoldaşı arzulayır.
Oxu.Az xəbər verir ki, türkiyəli müğənni bu haqda ANS telekanlında yayımlanan “Şoubiz” verilişinə müsahibəsində bildirib:
“Kaş ki, Azərbaycanda çox qala bilsəydim. Çox istəyirəm azərbaycanlı sevgilim və ya həyat yoldaşım olsun. Lakin artıq Türkiyəyə qayıdıram, azərbaycanlı kişi harada və necə rastıma çıxacaq ki?”
Qeyd edək ki, müğənninin atası əslən Azərbaycanın Gəncə şəhərindəndir.
Həmin müsahibəni 6:30-cu saniyədən izləyə bilərsiniz.
Aytən Sadıqzadə
www.oxu.az