Yanvar ayı ərzində 12 nəfər şaxtadan donub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, ötən gün Bakı şəhəri ərazisində bir nəfərin donması barədə stansiyaya müraciət daxil olub.
Soyuqdan donmuş şəxsi Keşlə qəsəbəsində yerləşən xəstəxanaya yerləşdiriblər. Verilən məlumata görə, yanvar ayı ərzində ümumilikdə donan şəxslərdən 11-i kişi, 1-i isə qadın olub. Donan şəxslərin çoxu soyuqdəymə diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Stansiyadan bildiriblər ki, donan insanlar daha çox Bakının mərkəzindən kənarda yerləşən Qara Qarayev və Keşlə qəsəbəsindəki xəstəxanalara yerləşdiriliblər. Donanların əksəriyyətinin evsiz “bomj” həyatı sürən şəxslər olduğu bildirilir. Şaxtalı havalarda donan insanların sayının artacağı da istisna deyil.