Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

David Manukyan: "Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinə silahlar Ermənistandan gətirilirdi"
Aprelin 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, Ermənistan vətəndaşı David Manukyan dövlət ittihamçısının suallarını cavablandırarkən vaxtilə işğal edilmiş ərazilərə silahların Ermənistandan gətirildiyini etiraf edib.
Oxu.Az xəbər verir ki, təqsirləndirilən şəxs Ermənistandan vaxtilə işğal edilmiş ərazilərə hərbi xidmət üçün zabitlər və digər hərbi qulluqçuların göndərildiyini də bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çox sayda cinayət törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
"Ermənistanın hərbi təcavüzü" teqi üzrə xəbərlər
- Zərərçəkmiş: "Ermənistan silahlı qüvvələri mülki şəxsləri mühasirəyə salıb məhv etdilər"
- Ombudsman: "Kütləvi məzarlıqlar Ermənistanın insanlıq əleyhinə cinayətlərini bir daha təsdiqləyir"
- Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub
- Arkadi Qukasyan Şuşanın işğalından dərhal sonra orada imiş: Videosübut göstərildi
- Üzərində işgəncə izləri görünən meyit qalıqlarının arasında qadınlar çoxluq təşkil edir