Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi, o cümlədən hidrokarbonatlar və elektrik enerjisi sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, bunun gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu qeyd edilib.
SOCAR ilə Türk Petrolları və BOTAŞ arasında əməkdaşlıq müsbət qiymətləndirilib, bu birgə fəaliyyətin gələcəkdə Azərbaycan, Türkiyə və digər ölkələrdə həyata keçirilməsi məsələsi müzakirə olunub. Elektrik enerjisinin ixracı məsələsinə toxunulub, bu xüsusda SOCAR-ın artıq Türkiyəyə satışlar həyata keçirdiyi vurğulanıb.
Bu gün "AzərEnerji" ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Naxçıvandan 75 meqavat həcmində elektrik enerjisinin ixracı ilə bağlı imzalanacaq sənədin əhəmiyyəti qeyd edilib, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandumun imzalanacağı bildirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisi Vətənə qayıdıb
- Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- Makron Ərdoğanın qarşısında necə alçaldı? - "Avropa Siyasi Birliyi"ndə yaddaqalan məqamlar
- Hikmət Hacıyev: "Azərbaycan-İran münasibətləri yeni bir inkişaf mərhələsinə qədəm qoyub"
- Prezident İlham Əliyevin nəvəsi dünya çempionatında finala yüksəldi