Azərbaycanda dəm qazı (karbon monooksid) zəhərlənməsindən daha 4 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, dekabrın 3-də Səbail rayonu ərazisində yaşayan Afər Quliyev, Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Arzu Nuriyev, Gəncə şəhərində yaşayan Flora Hacıyeva, Mingəçevir şəhərində yaşayan Akif Hüseynov evlərində dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırmalar aparılır.
A.M.