Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 7-də Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək.
Bu barədə Oxu.Az-a XİN-in mətbuat xidmətindən məlumat verilib.
E.Məmmədyarov həmçinin dekabrın 8-9-da Hamburq şəhərində keçiriləcək ATƏT-in 23-cü Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Almaniyaya işgüzar səfər edəcək.
Sözügedən tədbirlərdə Elmar Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
N.О.