Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

DİN-dən əməliyyat: Narkotik vasitələr aşkarlandı
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları tərəfindən Xətai rayonu ərazisində keçirilən növbəti tədbir nəticəsində əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 42 yaşlı Seymur Əliyev saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə BNMİ məlumat yayıb.
Bildirilib ki, onun idarə etdiyi avtomobildən 33 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Bu şəxs narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsilə Biləsuvar rayonu ərazisindən əldə edib və Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Paytaxt və bölgələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə polis əməkdaşları tərəfindən fasiləsiz davam etdirilir.

"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Filippinin sabiq prezidenti həbs edildikdən sonra Haaqaya uçdu
- İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıblar
- Dəyənəkli "Polat Alemdar"lar və sayrışan işıqlar...
- Xəzər dənizi vasitəsi ilə Azərbaycana narkotik keçirmək istədilər
- Nəsimidə ƏMƏLİYYAT - İranlı tərəfindən narkokuryerliyə cəlb olunan 25 yaşlı gənc ƏLƏ KEÇDİ