Bakıda keçmiş polis əməkdaşları həbs edilib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, 2014-cü il dekabrın 9-da paytaxtın Nizami rayonunda yerləşən “Göy bazarı” adlanan ərazidə polisin geyim formasında olan bir neçə şəxsin satıcılardan pul tələb etməsi barədə Nazirliyə məlumat daxil olmuşdur.
Dərhal həyata keçirilən tədbirlərlə məlumat təsdiqlənmiş və həmin şəxslər saxlanılmışlar.
Araşdırmalarla polisin işgüzar nüfuzuna xələl gətirən qanunazidd hərəkətlərə yol verənlərin Nizami Rayon Mühafizə İdarəsinin keçmiş polis nəfərləri Hidayət Allahverdiyev və Nazim Əliyev olduqları müəyyən edilmişdir.
Onların əməllərində CM-nin 310-cu –“Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə” maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olduğundan toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluğa göndərilmişdir.
E.Ə.
www.oxu.az