Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısını alıb.
DGK-dan Oxu.Az-a verilən məlumata görə, Moskva-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Novruz Məhərrəmova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.
Vətəndaşın 2 çamadandan ibarət baqajına keçirilən təkrar baxış zamanı həmin çantalarda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 1130 qutu xarici markalı siqaret aşkar olunub.
Faktla bağlı izahatında N.Məhərrəmov baqajında aşkar olunan siqaretləri Rusiya Federasiyasından aldığını və dost-tanış üçün hədiyyə məqsədilə gətirdiyini qeyri-səmimi şəkildə bildirib.