Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb
"Şəmkir", "Xudat" və "Zaqatala" sərhəd dəstələrinin xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər sərhəd pozucusu saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabr ayının 24-də saat 09:30-da "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində bir Əlcəzair vətəndaşı - 2002-ci il təvəllüdlü Abdulkader Ben Bahi, sentyabr ayının 26-da saat 20:40-da "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində isə 2 nəfər əlcəzairli - 1998-ci il təvəllüdlü Sarra Benuoali və 1995-ci il təvəllüdlü Rabi Seif Elnaser dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
"Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində sentyabr 26-da saat 20:50-də 6 nəfər - 1992-ci il təvəllüdlü Hussain Sayed Shahid, 2005-ci il təvəllüdlü Abbas Sayed Haider, 2006-cı il təvəllüdlü Ullah Mohib, 2009-cu il təvəllüdlü Sarwar Nadeem, 2003-cü il təvəllüdlü Ahmad Naseer və 1997-ci il təvəllüdlü Sohaib Muhammad, sentyabrın 27-də saat 22:15-də 12 nəfər - 1990-cı il təvəllüdlü Virk Asif Ali, 1978-ci il təvəllüdlü Shazia, 1988-ci il təvəllüdlü Raza Ali, 2000-ci il təvəllüdlü Elahi Fazal, 1995-ci il təvəllüdlü Haq Zamam Ul, 2002-ci il təvəllüdlü Virk Abdul Haseeb, 2004-cü il təvəllüdlü Muhammad Awon, 2000-ci il təvəllüdlü Abbas Muhammad Zahid, 2005-ci il təvəllüdlü Ullah Muhammad Sami, 2000-ci il təvəllüdlü Hamza Ameer, 2001-ci il təvəllüdlü Ali Zain və 1995-ci il təvəllüdlü Ahmad Jameel, saat 23:10-da isə 1 nəfər - 1989-cu il təvəllüdlü Shahzad Khurram ümumilikdə 19 nəfər Pakistan vətəndaşının Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozma cəhdlərinin qarşısı sərhədçilər tərəfindən uğurla alınıb.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- Körpələr evindən oğurluqda ittiham olunan keçmiş baş həkim DSX hospitalında İŞƏ DÜZƏLİB?
- DSX hərbçisi QƏZAYA DÜŞDÜ - Hadisə yerindən GÖRÜNTÜLƏR
- Azərbaycanın sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları saxlanılıblar
- Azərbaycana qanunsuz giriş etmək istəyən 27 şəxs saxlanılıb: Onlarla kiloqram narkotik aşkarlanıb
- Azərbaycana 80 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Rəylər