Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dövlətə xəyanətdə ittiham olunan şəxs hakim qarşısında
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş İvan Nikolayeviç Svetliçnıy barədə Bakı Ağır Cinayətlər Məhkəməsində yanvarın 21-də hakim Aygün Qurbanovanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.
Onun konkret olaraq hansı əməlləri törətdiyi növbəti məhkəmə prosesində ittiham aktı elan olunarkən məlum olacaq.
Məhkəmə baxışı fevralın 3-nə təyin edilib.
"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə hökm oxunub
- Azərbaycanın təhlükəsizlik orqanları 106 yaşında
- DTX-dən ƏMƏLİYYAT: Fazil Mustafaya sui-qəsd cəhdinə rəhbərlik edən şəxsin oğlu da həbs olundu
- DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları "TikTok"da yaymış şəxs istintaqa cəlb edildi
- DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının maaşları yeni redaksiyada təsdiqlənib