Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dövlətə xəyanətdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarıldı
Dövlətə xəyanətdə ittiham olunan Azərbaycan vətəndaşı İsmayıl Rafail oğlu Zamanlı barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul olunub.
Məhkəmənin növbəti iclası mayın 21-nə təyin olunub.
Qeyd edək ki, İsmayıl Zamanlı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirməklə dövlətə xəyanət etməkdə ittiham olunur.
Elgün Həsənli
"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- Hərbi xidmətlə bağlı bəzi qanun və fərmanlarda dəyişiklik edilir
- "Kərimə" dövləti qurmaq istəyən və terror aktları planlaşdıran şəxslərə HÖKM OXUNDU
- Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsi yaradıldı - SƏRƏNCAM
- Qanunsuz dini təbliğatla məşğul olan əcnəbilər Azərbaycandan çıxarıldılar
- Sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi keçirilib