Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

DSX-dən əməliyyat - Külli miqdarda narkotik aşkarlandı
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb və İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Yevlax sakini saxlanılıb.
Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 700 qram tiryək və 13 616 ədəd narkotik tərkibli həbin (13 016 ədəd "Pregabalin-150", 600 ədəd "Metadon M-40") qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bundan əlavə Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Nəbi Zakir oğlu Məhərrəmov saxlanılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Yevlax rayonu" teqi üzrə xəbərlər
- Yevlaxda oğurluq və narkotiklərlə əlaqəli cinayətlər törədən iki nəfər saxlanılıb
- Hindtoyuğunun qiyməti niyə bu qədər artıb?
- Azərbaycanda 20 yaşlı gənc toyu yasa döndərdi: 18 il həbs cəzası aldı
- İkinci Dünya Müharibəsi iştirakçısı 103 yaşında vəfat etdi
- Azərbaycanda DƏHŞƏT: Qız qaçıran şəxs avtomobilin baqajında ölü tapıldı