Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
DTX tərəfindən saxlanılan sabiq nazir müavini və xidmət rəisi həbs edildi - YENİLƏNİB
Bu gün Səbail rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.
APA-nın məlumatına görə, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.
Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunan hər iki şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
18:42
Mədəniyyət Nazirinin sabiq müavini Rafiq Bayramov, nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov məhkəməyə gətirilib.
APA-nın məlumatına görə, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında barələrində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə gətiriliblər.
Onlarla bağlı təqdimata hakim Şahin Abdullayev baxacaq.
Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar.
Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən azad edilib.
"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- "Etdiyim əməllərdən peşmanam": Dövlət xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənin məhkəməsi
- Terrorçuluğa çağırışlar edən şəxsə hökm elan olundu
- DTX tərəfindən həbs olunan şəxs hansı vədlər müqabilində Fransaya casusluq edib? - MƏHKƏMƏ İŞİ
- Dövlətə xəyanətə görə həbs edildi - DTX-dən ƏMƏLİYYAT
- Casusluqda ittiham olunanlar hakim qarşısına çıxarıldı
Rəylər