Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dürdanə Əliyevanın şikayəti ilə bağlı QƏRAR
Bakı Slavyan Universitetinin (BSU) korrupsiya cinayətlərində təqsirli bilinərək azadlıqdan məhrum edilmiş sabiq şöbə müdiri Dürdanə Əliyevanın şikayəti üzrə məhkəmə baxışı yekunlaşıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan edilib.
Cavid Hüseynin sədrlik etdiyi məhkəmə heyəti birinci instansiya məhkəməsinin qərarında hər hansı qanun pozuntusu olmadığı qənaətinə gəlib.
Qərara əsasən həm D.Əliyeva həm Bakı Slavyan Universitetinin şikayəti rədd edilib.
Təqsirləndirilən şəxsin vəkili Rövşən Mərəndskiy qərardan narazı qaldıqlarını, tezliklə kassasiya şikayəti verəcəklərini bildirib.
Qeyd edək ki, D.Əliyeva Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə mənimsəmə və rüşvət alma yolu ilə 226 min manat ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyeva 6 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Prokuror "Talassemiya işi"nə görə təqsirləndirilənlərə ağır cəza istədi
- Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən müxbirə hökm oxunub
- Haker proqramları ilə külli miqdarda dələduzluq: Zərərçəkənlər danışdılar
- 13 yaşlı qızdan 82 min manatlıq qızıl alan oğlanın cəzası artırıldı
- Perinatal Mərkəzdəki yanğında zərərçəkən: "8 ildən sonra övladımız oldu, o da yanğında öldü"