Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Elan saytlarına saxta məlumatlar yerləşdirildi: Saxlanılan var
Elan saytlarında moped, "Playstation" və mobil telefonların kreditlə satılması ilə bağlı saxta məlumatların yerləşdirildiyi və vətəndaşların pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə çoxsaylı şikayətlər daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində həmin əməlləri törədən 2001-ci il təvəllüdlü Rəşad Adışov saxlanılıb.
Araşdırma zamanı onun elan saytlarında gündəlik olaraq saxta elanlar yerləşdirdiyi müəyyən olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
R.Adışovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Dövlət sərhədini pozmağa cəhd olundu: Bir nəfər zərərsizləşdirildi, saxlanılanlar var
- Tapılan qızlar sığınacağa yerləşdirildilər
- Bakıda itkin düşən qızlar 10 gün sonra TAPILDILAR: Taksi sürücüsünün evində GİZLƏNİBLƏRMİŞ
- Şamaxıda məktəbliləri daşıyan mikroavtobus AŞDI: Yaralıların son vəziyyəti AÇIQLANDI
- Əsgər yığıncağından qayıdarkən qəzaya düşən uşaq öldü: Atası da 3 gün əvvəl həlak olmuşdu