Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Əmisi oğlunun və gənc qızın ölümünə səbəb olan sürücü HƏBS EDİLDİ
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtərdə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qoşqar Quluzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilib və Qoşqar Quluzadə məhkəmə iclası zalında həbs edilib.
Qeyd edək ki, hadisə 30 may 2023-cü il tarixdə, saat 18 radələrində Tərtər rayonunun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Yaşar oğlu Quluzadə idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə idarəetməni itirərək ağaca çırpıb. Nəticədə avtomobildə olan sərnişinlər, onun əmisi oğlu, 1998-ci il təvəllüdlü Röyal Sevindik oğlu Quluzadə və həmin şəxsin tanışı, 2004-cü il təvəllüdlü Emilla Eminovna Ziyadova hadisə yerində ölüblər. Sürücü isə xəsarət alıb.
Qoşqar Quluzadəyə qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
"Gəncə Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Həyat yoldaşını öldürmək istəyən şəxsə HÖKM OXUNDU
- 9 illik azadlıqdan məhrum edilən şöbə rəisi Elşən Quliyevə cüzi güzəşt edildi
- Evlərinə qonaq gələn şəxsi bıçaqlayan sərxoş kişi azadlığa buraxıldı
- Gəncədə 30 manata görə qətl törədən şəxsə 17 il həbs cəzası
- Bacısını müğənni olduğu üçün qətlə yetirən şəxsə hökm oxundu