Birmingem Universitetinin əməkdaşları onların kitabxanasında saxlanılan Quranın dünyada ən qədim əlyazmalardan olduğunu aşkar ediblər.
Tədqiqatçıların sözlərinə görə, onlar radiokarbon təhlili – müsəlmanların müqəddəs kitabının səhifələrinin yaşının 1300 ildən artıq olduğunu göstərdikdə çox təəccübləniblər.
Bu, o deməkdir ki, bu manuskript üzərində işləyən insan Məhəmməd peyğəmbər ilə görüşə, onun moizələrini dinləyə bilər, Oxu.Az BBC-yə istinadən xəbər verir.
Əlyazmanın səhifələrini Universitetə Yaxın Şərqdən olan digər minlərlə qədim sənədlərlə bərabər 1920-ci ildə əslən İraqdan olan tarixçi Alfons Minqana verib.