İmişli rayonunun Murğuzalılı kəndində 26 yaşlı şəxsin intiharı ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Rəhman Yaqub oğlu Qəhrəmanov Bakı şəhərində mağazaların birində satıcı olaraq çalışıb.
O, bir müddət olarmış ki, öz kəndlərindən olan, ailəli T.R. ilə sevgi münasibəti yaşayıb. Sevgilisi Bakı şəhərində kirayə qalıb. T.R. rəsmi nikahını R.Qəhrəmanovla evlənəcəyi vaxt pozacağını bildirib. Mərhumun yaxınları isə onun sevgilisini qəbul etmək istəməyib. Buna səbəb kimi T.R-nin yaşca ondan böyük olmasını və iki uşağının olmasını göstəriblər.
R.Qəhrəmanov martın 13-də ana və atasını görmək üçün İmişli rayonunun Murğuzalılı kəndinə gedib. Hətta getdiyi gün həyətdə yer belləyib, digər təsərrüfat işləri ilə məşğul olub. Bu gün səhər saatlarında onun asılmış meyiti yaşadığı evin həyətindəki tövlədə aşkarlanıb. Onun telefonunda son dəfə sevgilisi T.R. ilə yazışdığı aşkarlanıb. Qadın ona yazaraq münasibətlərinin bitdiyini və heç vaxt görüşməyəcəklərini bildirib.
Hazırda faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
13:48
İmişlidə intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə İmişli rayonunun Murğuzalılı kəndində qeydə alınıb.
Kənd sakini, 26 yaşlı Rəhman Yaqub oğlu Qəhrəmanov yaşadığı evin həyətindəki tövlədə özünü asıb.
Onun asılmış meyitini yaxınları bu gün səhər saat 6-da aşkar ediblər.
İlkin məlumata görə, gənc oğlan sevdiyi qıza görə intihar edib. Hadisənin motivi açıqlanmır.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
Dursun Tağıyeva
Rəylər