Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Evində fahişəxana təşkil edən bağça müdiri tutuldu - Video
Evində əxlaqsızlıq yuvası təşkil etməklə pul qazanan Tərtər rayon sakini, 1958-ci il təvəllüdlü İzahət Bəhram qızı Axundova saxlanılıb.
Oxu.Az EL Tv-yə istinadən xəbər verir ki, Tərtər rayon sakini 25 yaşlı Pərvin Tağızadəni və Bərdə rayon sakini Vəfa Qocayevanı öz evində gəlir əldə etmək məqsədi ilə müəyyən məbləğ qarşılığında kişilərə təklif edib.
Aparılan əməliyyat tədbirləri zamanı İzahət Axundovanın evində qızlarla bərabər Anar Hüseynov və Tofiq Həsənov adlı şəxslər də yaxalanıb. Tərtər Rayon Polis Şöbəsində aparılan dindirilmələr zamanı qızlar öz ifadələrində deyiblər ki, oğlanlarla görüşmələri müqabilində hər birinə 50 manat məbləğində pul verilib.
Tərtər rayon Polis Şöbəsindən isə bildirilib ki, İzahət Axundova Anar Hüseynov ilə Tofiq Həsənovdan 250 manat pul götürüb. Həmin puldan qızlardan hər birinə 50 manat verib. Qalanını özünə götürüb. Araşdırmalar zamanı o da məlum olub ki, evində əxlaqsızlıq yuvası təşkil edən İzahət Axundova rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarından birinin müdiridir.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.
"Bərdə" teqi üzrə xəbərlər
- Bərdədə dağıntıların altından xilas edilən qadının vəziyyəti AÇIQLANDI
- Dastana dönən qəhrəman Xudayar Yusifzadənin qardaşının toyundan görüntülər
- Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
- Narkotikə görə tutulan şəxsin yeddi evdən oğurluq etdiyi məlum olub
- Ermənistanın Bərdəyə raket hücumu - "Maşının içinə baxanda gördüm ki, atam yanıb həlak olub"