Bakıda evində əxlaqsızlıq yuvası təşkil edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Lalə Qüdrətovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi və Nizami rayonu Q.Qarayev prospektindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.