Oxu.Az bu dəfə sizə “Miss Azerbaijan 2012”gözəllik müsabiqəsinin qalibi Aysel Manafovanın “KinoSınaq” üçün yaratdığı obrazı təqdim edəcək.
Gənc model əslən ispaniyalı, lakin Venesuelada böyüyən aktrisa Natalia Streignardın obrazını yaratmağa çalışdı. Siz bu aktrisanı “Mehriban düşmən” (Mariya-Laura), “Arzularımın qadını” (Barbara) və digər teleseriallarda yaratdığı obrazlardan tanıyırsınız.
Çəkilişə göstərdiyi köməyə görə “La Studio Beauty Salon”un rəhbərliyi Firuzə Ağayeva və Xanım Həsənovaya təşəkkür edirik. Vizaj üçün Könül xanıma, saça görə isə Ülviyyə xanıma minnətdarlığımızı bildiririk. Ünvan: Elmlər akademiyası ms-sının yaxınlığı, H.Cavid pr. 55866 .Əlaqə nömrələri: (050) 240 41 48, (012) 510 81 30
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az