Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Evini əxlaqsızlıq yuvasına çevirən 65 yaşlı qadın cəzalandırıldı
Şamaxı rayonunda evini əxlaqsızlıq yuvasına çevirən və bir neçə qadını fahişəliyə cəlb edən 65 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb edilib.
"Qafqazinfo" xəbər verir ki, Şamaxı şəhərində yaşayan 1959-cu il təvəllüdlü Məfkurə Mustafayeva barəsində açılmış cinayət işi məhkəməyə göndərilib.
Bildirilib ki, M.Mustafayeva 6 il əvvəl də oxşar əməllərə görə məsuliyyətə cəlb edilib və barəsində ittihamedici hökm çıxarılıb. Lakin həmin vaxt Məfkurə Mustafayeva Şamaxı Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək bəraət alıb.
Buna baxmayaraq, o, həmin əməllərə davam edib. Belə ki, Şamaxı şəhərində yerləşən evini fahişəliklə məşğul olan qadınlara gecəsi 20-30 manata kirayə verib. Həmçinin bir neçə qadını, eləcə də qonşusunu fahişəliyə cəlb edərək pul müqabilində müxtəlif şəxslərlə görüşdürüb.
Həmçinin məlum olub ki, M.Mustafayeva barəsində Xəzər rayonunda Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə də cinayət işi mövcuddur.
Şamaxı Rayon Məhkəməsi 6 ildən sonra M.Mustafayevanı yenə eyni əməllərə görə məhkum edib. o, Cinayət Məcəlləsinin 243 və 244-cü (Fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə təqsirli bilinib.
Şamaxı və Xəzər Rayon məhkəmələrinin hökmləri birləşdirilərək 65 yaşlı qadına 6500 manat pul cəriməsi və 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun ayağına elektron nəzarət cihazı yerləşdirilib.
Rəylər