Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fazil Həsənəliyev: "Tibbi müdaxilələr zamanı baş verən ölüm halları araşdırılır"
"Tibbi müdaxilələr zamanı baş verən ölüm halları prokurorluq tərəfindən araşdırılır".
Oxu.Az xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində canlı yayımda deyib.
O bildirib ki, tibbi müdaxilələr zamanı baş verən ölüm halları araşdırıldıqdan sonra zərurət yaranarsa, istintaq tədbirləri görülür:
"Nəinki saxta diplomlu plastik və estetik cərrahların işi, eyni zamanda, tibbi müdaxilə zamanı baş verən ölümlər, doğuşlar zamanı baş verən ölümlər və sairin hər biri üzərində təhlillər aparılır. Məhkəmə tibbi ekspertizası aparıldıqdan sonra təqsirli şəxslərin olduğu müəyyən edilərsə, onlar istintaqa təhvil verilirlər. Bu zaman da qanunamüvafiq tədbir görülür".
O qeyd edib ki, ötən il plastik əməliyyat zamanı iki şəxsin ölümündə təqsirli bilinən şəxslər istintaqa təhvil veriliblər və barələrində məhkəmə hökmü çıxarılıb.
Aygün Mirakif
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Hərbi Prokurorluğun şöbə rəisi Baş Prokurorluğa göndərildi
- Astara rayon prokuroru ikinci səlahiyyət müddətinə təyin olunub
- Vilayət Eyvazov polislərə vətəndaşlarla bağlı TƏLƏB QOYDU
- Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə on il əvvəl bənzər hadisədə xəsarət alıbmış
- Azərbaycanda silsilə qətllər törədən dəstə başçısı: "İşgəncə ilə öldürdük, getdik yeyib-içməyə"