Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilənlərin şikayəti təmin olunmadı
Deputat Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun və zərərçəkən Fazil Mustafanın hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda yekun qərar qəbul olunub.
Qərara əsasən, hər iki tərəfin verdiyi apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, I instansiya məhkəməsinin, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, Azər Səricanov ömürlük, Rəşad Əhmədov 19 il, Səbuhi Şirinov 20 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov 4 il müddətində məhrum edilib.
Qeyd edək ki, cinayət hadisəsi 28 mart 2023-cü il tarixdə saat 21:51-də Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" konstruksiyalı avtomat silahından atəş açılaraq ona qarşı terror aktı törədilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Elgün Həsənli
Mövzuya aid xəbərlər
- Fazil Mustafaya sui-qəsd cəhdində təqsirli bilinən şəxslərdən birinə ömürlük cəza verilib
- Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmə istintaqı yekunlaşıb
- Fazil Mustafa sui-qəsd cinayəti ilə bağlı: "Tətikçi ilə nə danışasıyam ki?"
- Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanların videoları məhkəmədə göstərildi