Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmə istintaqı yekunlaşıb
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında sənədlər tədqiq edilib.
İclasda Fazil Mustafanın çıxışları səsləndirilib.
Daha sonra hakim məhkəmə istintaqının yekunlaşmasını istəyib, təqsirləndirilən şəxslər buna etiraz etməyiblər. Məhkəmə istintaqın yekunlaşması barədə qərar qəbul edib.
Məhkəmənin növbəti iclası iyunun 13-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən il martın 28-də baş verib. Milli Məclisin deputatı Fazil Qəzənfər oğlu Mustafaya yaşadığı evin qarşısında "Kalaşnikov" konstruksiyalı avtomat silahdan atəş açılaraq terror aktı törədilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.
"Fazil Mustafa" teqi üzrə xəbərlər
- Uşaqlara qarşı cinayətlər: Cəzalar sərtləşdirilməlidir? - "Kaspi"nin şərhi
- Bu xəbərləri qaçırmayın: 13.08.2024-ün ən mühüm hadisələri
- Fazil Mustafaya sui-qəsd cəhdində təqsirli bilinən şəxslərdən birinə ömürlük cəza verilib
- Fazil Mustafa sui-qəsd cinayəti ilə bağlı: "Tətikçi ilə nə danışasıyam ki?"
- Rəşad Əhmədov: "Fazil Mustafanı vurmaq üçün 30 min dolların az olduğunu dedi" - MƏHKƏMƏ İŞİ