Gədəbəydə yaşlı qadının meyiti aşkarlanıb.
Oxu.Az xəbər verir ki, Gədəbəy rayon Polis şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Qasımlı kənd sakini 1945-ci il təvəllüdlü Məmmədova Səmayə Məhəmməd qızının meyiti yaşadığı evin həyətində aşkarlanıb. Müayinə zamanı qadının bədənində xəsarətlərin olduğu müəyyən edilib.
Onun qətlə yetirildiyi ehtimal edilir. Məlumata görə, qadın evdə tək yaşayırmış.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.
A.M.