Ukrayna Ali Radasının deputatı Nadejda Savçenkonun avtomobili Odessa vilayətində yoldan kənara aşıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Savçenkonun bacısı Vera Facebook hesabında bildirib.
Onun sözlərinə görə, hadisə Savçenkonun işgüzar səfəri zamanı yolların buzlu olmasına görə baş verib: “Odessa vilayətində yollar çox sürüşkəndir. Nəticə olaraq maşın yoldan kənara aşıb. Lakin Ukrayna xalqı dostluğa çox önəm verir. 30 dəqiqə sonra biz yola davam etdik”.

A.M.