Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Gəlininə tamah salan ata oğlunu öldürdü
Azərbaycanda 14 il əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb.
Oxu.Az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsən Əliyev tutulub.
Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki tualet quyusuna atıblar.
Araşdırmalar zamanı Həsən Əliyevlə Yeganə Ərəbova arasında sevgi münasibəti olduğu, hadisəni də buna görə törətdikləri məlum olub.
Qeyd edək ki, Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
E.Ə.
www.oxu.az
"Quba" teqi üzrə xəbərlər
- Qubada asma körpü qəzalı vəziyyətdə: Xəstəni uzun məsafəyə xərəkdə daşıdılar
- Qubada məktəblini maşın VURDU
- Qubada körpü yararsız VƏZİYYƏTDƏ: "Kəndə nə girişimiz var, nə də çıxışımız"
- Qubada vəzifəli şəxs müəlliməni xəstəxanalıq etdi - Son vəziyyəti AÇIQLANDI
- Professor Nizaməddin Şəmsizadə dəfn olundu