Bakı şəhəri, Səbail rayonunda oğurluq faktı qeydə alınıb.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, oğrular N.Rəfibəyli küçəsində 1986-cı il təvəllüdlü Ülviyyə Abdalovaya məxsus ofisə açarseçmə yolu ilə daxil olublar.
Ofisdən 15000 manatlıq qızıl qələmlər, 3800 manat qızıl-zinət əşyaları və 12 ədəd möhür oğurlanıb.
Polis faktla bağlı araşdırma aparır.
Z.Q
www.oxu.az