Gəncədə qətl hadisəsi törədilib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən 23 saylı binada qeydə alınıb.
Həmin binada olan mənzillərin birində şəhər sakini 1970-ci il təvəllüdlü Gülmira Səfixanovanın meyiti aşkarlanıb.
Bildirilir ki, qadın bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
S.B.
www.oxu.az