Gəncə-Şəmkir yolundа iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, xəsarət alanlardan biri, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov xəstəxanada dünyasını dəyişib.
Ölən digər iki nəfərin şəxsiyyəti müəyyənləşdirilir.
21:51
Gəncə Şəmkir yolunda “VAZ 2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol nəqliyyat qəzası baş verib.
Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, qəza nəticəsində “VAZ 2106” avtomobilində olan iki nəfər dünyasını dəyişib.
“Mercedes”-də olanlar isə 29 yaşlı Rəşad Namazov, onun həmyaşıdı Nicat Zeynalov, 31 yaşlı Vüsal Əhmədov, 27 yaşlı Pərviz Mahmudov və 24 yaşlı Ricat Qafarov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az