Gəncə şəhərində qətl hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Kərimov Ceyhun Knyaz oğlu kürəkəni, 1990-cı il təvəllüdlü, Ağdaş rayon sakini, Ağayev Araz Əliyusif oğlunu bıçaqlayaraq qətlə yetirib. C.Kərimov saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
11:00
Gəncə şəhərində daha bir qətl hadisəsi törədilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 9-na keçən gecə saat 23.00 radələrində Ağdaş rayon sakini, 1990-cı il təvəllüdlü Ağayev Araz Əliyusif oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib.
Həkimlərin səyinə baxmayaraq 24 yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb.
A.Ağayevin kim tərəfindən, harada və hansı şəraitdə bıçaqlanması məlum deyil. Maraqlıdır ki, onu xəstəxanaya gətirən şəxs ağır vəziyyətdə olan yaralını xəstəxananın qarşısında düşürərək avtomobili ilə uzaqlaşıb.
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, keçən həftə də Gəncədə 24 yaşlı oğlan qətlə yetirilib.