Dekabrın 26-da Gəncə şəhəri ərazisindən "BOSCH" şirkətinə məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış şəhər sakini Elçin Əliyev saxlanılıb.