Goranboy rayonunun Kələk kəndindən hərbi sursat tapılıb.
DİN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, martın 5-də Goranboy RPŞ əməkdaşları tərəfindən rayonun Kələk kəndindən 19 ədəd minaatan başlığı, 33 ədəd yararsız minaatan alışdırıcısı, 9 ədəd “RPQ-7” qumbarasının alışdırıcısı, 3 ədəd mərmi və 1 ədəd alışdırıcısı tapılıb.
Həmin gündə digər bir silah isə Bakıda aşkarlanıb.
Belə ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfsəl Musayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança və 8 ədəd patron götürülüb.