Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.
APA xəbər verir ki, rayonun Hacalıkənd kənd sakini, 1999-cu il təvəllüdlü Nemətov Elnur Xəyyam oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı dayısı oğlu Əhmədli Kənan Kamran oğlunu bıçaqlayıb.
Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimovun bildirib ki, hadisəni törədən Elnur Nemətov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.