Göygöldə xüsusi amansızlıqla törədilən qətlin üstü açılıb.
Oxu.Az xəbər verir ki, Göygöl rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, fevralın 29-da rayonun Çaykənd kənd sakini, 1924-cü il təvəllüdlü Kamil Məmmədovun başını kəsərək öldürən şəxsin elə həmin kəndin sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Elxan Allahverdiyev olduğu müəyyənləşdirilib.
O saxlanılıb. E.Allahverdiyevi hadisəni qarət məqsədilə törətdiyini etiraf edib. Qətli törədən E.Allahverdiyev evdən 22 manat pul aparıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, fevralın 29-da Göygöl rayonunun Çaykənd kəndində yaşayan 92 yaşlı Kamil Məmmədovun baş və boğaz nahiyələrində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti tapılıb. Meyit onun evində aşkarlanıb.
E.Ə.
www.oxu.az