Qazaxıstanlı model İrina Livşun intihar edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, polis əməkdaşları modelin cəsədini Almatadakı evində tapıb. Livşun üzərinə benzin tökərək özünü yandırıb.
Keçmişdə olduqca populyar olan 31 yaşlı modelin iş tapmadığı üçün depressiyaya düşdüyü və bu səbəbdən intihar etdiyi deyilir.