Hacıqabul rayonunda naməlum kişi meyiti tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, meyit rayonun Qızılburun kəndi ərazisində, qaçqın şəhərciyinin yaxınlığında aşkarlanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
Meyit Şirvan şəhər xəstəxanasının morquna göndərilib.
Ölən şəxsin kimliyi müəyyənləşdirilir.
A.M.