Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hafiz Həsənov barəsində dörd ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib
"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin qərarına əsasən, Hafiz Həsənov barəsində dörd ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
"Binəqədi Rayon Məhkəməsi" teqi üzrə xəbərlər
- Müəllimlərin direktor müavini olmaq uğrunda davası başa çatdı: 1 000 manat cərimə edildi
- "QHT işi" üzrə daha bir nəfər barəsində həbs qərarı çıxarılıb
- Şərurlu İsfəndiyar məhkəməyə verildi
- Özünü nazirliyin vəzifəli şəxsi kimi təqdim edən şəxs 100 minlik dələduzluq edib
- Bələdiyyə sədrinin bacısı ev dustağı olduğu müddətdə hakimlə prokurorun adından pul alıb