Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı
Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin həbs müddəti azaldılıb.
"Report" xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə Ali Məhkəmədə keçirilən prosesdə onun cəzası 8 il 3 aya endirilib.
Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Dövlət Nəfəs Alətləri Orkestrinin sabiq bədii rəhbərinin cəzası azaldılıb
- ABŞ "TikTok"dan xilas olacaq, bəs bəşəriyyət?
- Əli Kərimin oğlunun hökmü 12 il sonra dəyişdi: Müsadirə edilən pullar qaytarıldı
- Ali Məhkəmə məhkum tərəfindən vurulmuş ziyanın ödənilməsinə dair mühüm qərar qəbul etdi
- Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR
Rəylər